İmamların qəbri olan məscidlər təhlükədə
30 iyun 2014 21:11 (UTC +04:00)

İmamların qəbri olan məscidlər təhlükədə

“İraq Şam İslam Dövləti” –nin yaraqlıları Samarra şəhərini ələ keçirməyə çalışır.

Dünya şiələrinin əsas ziyarətgahlarından olan əl-Əsgəri məscidi bu şəhərdə yerləşir.

10-cu imam Əli əl-Naqi və 11-ci imam Həsən əl-Əsgərinin qəbri əl-Əsgəri məscidindədir. Məscid həm də onların mavzoleyidir.

Lent.az “Azadlıq Radiosu”na istinadən məlumatına görə, sünnü yaraqlıların cəmləşdiyi “İraq Şam İslam Dövləti” adlı təşkilat indiyəcən tutduğu şəhərlərdə bir sıra şiə ziyarətgahlarını dağıdıb. Onlar bu ziyarətgahları islama zidd sayırlar.

2006-cı ildə “əl-Qaidə”yə bağlı terrorçular məsciddə partlayış törədib qızıl günbəzi dağıtmışdılar. 2007-ci ildə isə məscidin minarələri də partladılmışdı.

Həmin terror aktları İraqda şiələrlə sünnülər arasında nifaqı daha da dərinləşdirmişdi. Məscid 2009-cu ildə bərpa edilmişdi.

Əl-Əsgəri məscidi 10-cu əsrdə tikilib.

Əli əl-Naqi və Həsən əl-Əsgəri Xəlifə Mötəsimin hərbi düşərgəsi olan Samarrada ev dustağı olublar və orada da dünyalarını dəyişiblər.

Radikal sünnü yaraqlıların İraqda son məqsədi paytaxt Bağdadı ələ keçirməkdir.

İstər Bağdadda, istərsə də Kərbəlada, Nəcəfdə şiəliyin ən

mühüm ziyarətgahları yerləşir.   

Birinci imam Əlinin (Məhəmməd peyğəmbərin kürəkəni) qəbri Nəcəfdəki İmam Əli məscidindədir.

Kərbəlada İmam Hüseyn məscidi yerləşir. Məhəmməd peyğəmbərin Kərbəla savaşında öldürülmüş nəvəsi Hüseyn ibn Əlinin (üçüncü imam), eləcə də digər müqəddəslərin məqbərələri buradadır.

Əl-Abbas məscidi də Kərbəladadır. Abbas imamlar Həsən və Hüseynin qardaşı olub, Kərbəla çölündəki döyüşdə Hüseynin bayraqdarı Abbas idi.

Bağdaddakı əl-Qadimiyyə məscidində yeddinci imam Musa və doqquzuncu imam Məhəmməd Əl-Taqinin məqbərəsi yerləşir.

Bu şəhərlər hələ ki İraq hökumətinin nəzarətindədir.

Bundan başqa ziyarətgahları könüllülər də qoruyur. 

İraqın Bağdad, Kərbəla və Nəcəf şəhərlərindəki şiə ziyarətgahlarının fotoları:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1972
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35