İmam cüməni ölkədən çıxmağa qoymayıblar
18 iyul 2014 23:37 (UTC +04:00)

İmam cüməni ölkədən çıxmağa qoymayıblar

0

İranın Zahidan şəhərinin cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid İsmayıl Zehinin ölkədən çıxmasına qadağa qoyulub.

 

Zahidan sünni məzhəbli bəlucların yaşadığı Sistan-Bəlucistan əyalətinin mərkəzi şəhəridir.

 

Lent.az-ın “Media forum” saytının məlumatına görə, Mövləvi Əbdülhəmid İsmayıl Zehi iyulun 17-də Türkiyənin İstanbul şəhərində keçirilən “Dünya islam alimlərinin sağlam əql, mötədillik və sülhün bərqərar olunması üçün səyləri” adlı beynəlxalq konfransa qatılmaq üçün aeroporta getməyə hazırlaşarkən İran təhlükəsizlik qüvvələri onun ölkədən çıxmasına mane olublar.

 

Hadisədən az sonra Mövləvi Əbdülhəmid İsmayıl Zehi İran prezidentinin dini və milli azlıqlar üzrə köməkçisi Əli Yunisiyə zəng vuraraq, qadağanın aradan qaldırılmasını istəyib. Əli Yunisi isə ona bu səfərə yollanmağın məsləhət görülmədiyini bildirib.

 

Məlumatlara görə, Əli Yunisi deyib ki, təhlükəsizlik qurumları Mövləvi Əbdülhəmid İsmayıl Zehinin İstanbul konfransına qatılmağına razı deyillər və o, hava limanına getsə, geri qaytarılacaq, pasportu  əlindən alınacaq. Əli Yunisi bunun səbəbini Zahidan şəhərinin cümə namazı rəhbərinə aid bəzi həssas məsələlərlə əlaqələndirib və yayılan məlumatlara görə, əlavə açıqlama verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1176

Oxşar yazılar