Ekvadorda hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyat nəticəsində 2 tondan çox kokain müsadirə ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, narkotik maddə Quayakil dəniz limanından ABŞ-a yollanan gəmidə aşkarlanıb.
İnsidentlə əlaqədar 5 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, ilin əvvəlindən Ekvadorda 25 ton narkotik maddə müsadirə edilib.