İki partlayış 40-dan çox can aldı
11 avqust 2015 02:15 (UTC +04:00)

İki partlayış 40-dan çox can aldı

0

İraqın şərqindəki Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.  

 

Məlumata görə, Diyala əyalətinin inzibati mərkəzi sayılan Baakübə şəhərinin mərkəzi bazarında partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

Bundan başqa Baakübə şəhərinin şərqində də partlayış törədilib, nəticədə 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar