ABŞ-da Lizzie Valverde və Kati Olson adlı iki qadın bacı olduqlarını xeyli müddət keçəndən sonra biliblər.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, bacılar 1980-ci ildə anadan olub, lakin onların hərəsi bir ailə tərəfindən övladlığa götürüldüyü üçün uşaqlıqdan bir-birilərindən ayrı düşüblər.
Lakin tale hər iki bacını Kaliforniya Universitetində birləşdirib. Universitetdə yazı kurslarında təhsil alan bacılar öz həyatları barədə danışıb və bacı olduqlarını biliblər.