İki azyaşlı balaca bacısını duxovkaya salıb öldürdü
24 noyabr 2015 02:57 (UTC +04:00)

İki azyaşlı balaca bacısını duxovkaya salıb öldürdü

0

ABŞ-ın Texas ştatında faciə qeydə alınıb.

 

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, 3 yaşlı iki uşaq yaşyarımlıq balaca bacılarını duxovkaya salaraq öldürüblər.

 

Faciə Hyuston şəhərində baş verib. Uşaqların anası Rakep Tompson balaca qızını və daha 3 uşağını (böyüyü 5 yaşdadır) evdə qoyaraq dostu ilə dərman və yemək almağa gedib. Qadının özünün hamiləliyin 7-ci ayında olduğu bildirilir.

 

Polisin dediyinə görə, uşaqların nənəsi də eyni binada yaşayır, lakin qadın ona mənzildən çıxması barədə heç nə deməyib.

 

Hələlik anaya heç bir ittiham irəli sürülməyib. Uşaqlar isə müvəqqəti olaraq sosial xidmətə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar