II Yelizavetaya sui-qəsd planlaşdıran “İŞİD”çilər öldürülüb
08 sentyabr 2015 11:36 (UTC +04:00)

II Yelizavetaya sui-qəsd planlaşdıran “İŞİD”çilər öldürülüb

Böyük Britaniya kraliçası II Yelizaveta və onun ailəsinin digər üzvlərinə sui-qəsd planlaşdıran 2 “İŞİD” silahlısı Suriyada məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Böyük Britaniya vətəndaşları olan Reyad Xan və Cüneyd Hüseynin Londonda Yaponiya üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə partlayış törətmək niyyətlərinin öyrənilməsindən sonra onların zərərsizləşdirilməsinə qərar verilib. Avqustun 14-də Uaythollda keçirilən mərasimə kraliça II Yelizaveta, şahzadə Çarlz və kral ailəsinin digər üzvləri qatılıb. Bildirilir ki, R. Xan Britaniyada 8 mayda keçirilən Avropa Qələbə Günü və iyunun sonlarında keçirilən Silahlı Qüvvələr Günündə də terror aktı törətməyi planlaşdırıb. Kardiff sakini olan R. Xan Britaniya pilotsuz təyyarəsinin zərbələri, Birmingem sakini, 21 yaşlı C. Huseyn isə Amerika pilotsuz təyyarəsinin zərbələri nəticəsində məhv edilib.

 

“The Telegraph” R. Xanın “İŞİD” sıralarına qoşulmazdan öncə Britaniya universitetlərindən birində təhsil aldığını yazıb. C. Hüseyn isə 2012-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyrin şəxsi “Twitter” hesabını dağıtdığı üçün mühakimə edilib. C. Hüseynin “Kiberxilafət” adlanan hakerlər qrupuna daxil olduğu, bir neçə fransız saytlarının, ABŞ Mərkəzi Komandanlığının, “Newsweek”, “İnternational Business Times” nəşrlərinin saytlarına müdaxilə etdiyi də məlum olub.

 

Qeyd edək ki, sentyabrın 7-də parlamentdə keçirilən dinləmələrdə Böyük Britaniya baş naziri Devid Kemeron Suriyada bir neçə britaniyalı “İŞİD” silahlısının məhv edildiyi barədə məlumat verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ:  ölənlər var-YENİLƏNİB

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var-YENİLƏNİB

21 iyul 2024 , 16:20
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

21 iyul 2024 , 15:19
Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

21 iyul 2024 , 14:03
Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

21 iyul 2024 , 12:08
Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

21 iyul 2024 , 09:35
Qvatemalada güclü zəlzələ  baş verdi

Qvatemalada güclü zəlzələ baş verdi

21 iyul 2024 , 08:21
Avtobusla yük maşını TOQQUŞDU:  16 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU: 16 nəfər öldü

21 iyul 2024 , 03:43
Ermənistanda GÜCLÜ PARTLAYIŞ:  ölən var

Ermənistanda GÜCLÜ PARTLAYIŞ: ölən var

20 iyul 2024 , 21:29