“Feysbuk” şirkəti bildirib ki, cari ilin ikinci rübündə xalis gəliri ötən ilin uyğun dövrü ilə müqayisədə iki dəfədən (138 faiz) də çox artaraq, 791 milyon dollar təşkil edib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “Frans press” yayıb. Ötən iki rübdə əldə edilən gəlir 62 faiz artaraq, 2,91 milyard dollar olub. 2013-cü ilin uyğun dövründə 1,81 milyard dollar təşkil edib.
Mənbə bildirib ki, şirkətin gəlirlərinin 92 faizi reklamdan gəlir.