İğdırda terror törədən PKK-çıların Ermənistandan keçdiyi ehtimal edilir
09 sentyabr 2015 12:50 (UTC +04:00)

İğdırda terror törədən PKK-çıların Ermənistandan keçdiyi ehtimal edilir

 
 
Türkiyənin İğdır vilayətində terror aktı törədən terrorçuların Ermənistan ərazisindən İğdıra keçdiyi güman edilir.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin “Vatan” qəzeti yazıb.

 

Yerli qaynaqlar hadisənin baş verdiyi ərazinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.

 

Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar