Çinin Şandun əyalətində içərisində dövlət qulluqçuları olan avtobus aşıb.
PA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, qəza nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
Avtobusun sərnişinləri Linyi şəhər dairəsinin turizm administrasiyasının işçiləri olub.
Yaralıların vəziyyəti sabit qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.