Müğənni İbrahim Tatlıses iqtidarda olan AK Partiyasından (Ədalət və İnkişaf Partiyası) namizədliyi irəli sürülüb.
“Qafqazinfo” habertürk-ə istinadən xəbər verir ki, AK Partiyasının Şanlıurfa şəhər şöbəsinin rəhbəri Zeynel Abidin Beyazgül bu barədə məlumat yayıb. O, açıqlamasında müğənninin Şanlıurfa üzrə millət vəkilliyinə namizəd olduğunu bildirib.
Tatlısəs namizədliyi üçün müraciətini Ankarada AKP-nin ümumi mərkəzinə edib.