Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı - <span style="color:red;">YENİLƏNİB
15 aprel 2015 16:43 (UTC +04:00)

Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı - YENİLƏNİB

 

"Masrawy" saytının verdiyi məlumata görə, Hüsnü Mübarək Maadi xəstəxanasına yerləşdirilərkən vəziyyəti kritik olsa da, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda keçmiş prezidentin vəziyyəti ağır olaraq qalır.

 

Fəqət xəstəxananın həkimlərin biri, H. Mübarəyin həkim komandasına mənsub olmayan, xəstəxananın həkimlərindən biri isə eks prezidentin öldüyünü təsdiqləyib. O bildirib ki, H. Mübarək infaktdan ölüb.

 

""Fars news" agentliyinin yaydığı daha bir məlumatda bildirilir ki, Misirin xarici işlər naziri Sameh Hassan Şükrü şəxsi "Twitter" hesabında xəbəri təsdiqləyib. 

**

16:23

 

Misirin eks-prezidenti Hüsnü Mübarək ölüb.

 

Lent.az-ın məlumatına görə, bu barədə İranın "Fars news" agentliyi xəbər yayıb. Məlumatı Misir hökuməti hələ ki, rəsmi təsdiqləməyib.

 

Qeyd edək ki, 87 yaşlı sabiq prezident 30 il Misir dövlətinə rəhbərlik etmiş, daha sonra inqilab yolu ilə devrilərək həbs edilmişdi. Məhkəmə onu öncə həbs etsə də, daha sonra sərbəst buraxmışdı. Mübarək uzun müddət idi ki, xəstə idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar