Hulusi Kılıç istefa verib
10 fevral 2015 18:16 (UTC +04:00)

Hulusi Kılıç istefa verib

0

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Əlaqələr İdarəsinin müdiri vəzifəsindən istefa verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, diplomat İyun ayında keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməsi ilə əlaqədar dövlət işindən ayrılıb.

 

H. Kılıç əvvəllər Türkiyənin Suriyanın Hələb şəhərində baş konsulu, 2008-2012-ci illərdə Türkiyənin Azərbaycanda səfiri vəzifəsində çalışıb. O, Azərbaycan prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunan ilk türk diplomatıdır. H. Kılıç Rəcəp Tayyip Ərdoğanın baş nazir olduğu dövrdə onun protokol müdiri vəzifəsini də həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar