Honkonqda Çin paytaxtı Pekinin Tyananmen meydanında baş vermiş qanlı hadisələrə həsr olunmuş muzey açılıb.
Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, indiyə kimi Çin hakimiyyəti 1989-cu ildə baş verən hadisə zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsinə qarşı sərt təpkilər göstərməkdədir.
Mənbə bildirib ki, Honkonqda açılan muzeyi də hakimiyyət “qonşuların şikayəti” əsasında bağlamaq istəyir.
Çin Kommunist Partiyası dəfələrlə bəyan edib ki, Tyananmen meydanındakı nümayişləri doğru və qanuni sayır.
Bu günədək meydanda öldürülənlərin sayı dəqiq bilinmir. Rəsmi Pekin 242 nəfərin öldürüldüyünü, başqa mənbələr onların sayının bir neçə min olduğunu bildirir.