Homsdakı terror aktını İŞİD törədib
13 dekabr 2015 00:57 (UTC +04:00)

Homsdakı terror aktını İŞİD törədib

 İŞİD terror qruplaşması Suriyanın Homs şəhərində ötən gün törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, terrorçular şəhərin mərkəzində minalanmış avtomobili partladıb, nəticədə 22 dinc sakin ölüb, azı 140 nəfər yaralanıb.

 

Qeyd edək ki, Suriya XİN-i Homsdakı terror aktı ilə əlaqədar BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda qeyd edilir ki, dünya ictimaiyyətinin faciəyə biganəliyi terrorçuların xeyirinədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar