Homsda barışıq olacaqmı?
01 dekabr 2015 05:43 (UTC +04:00)

Homsda barışıq olacaqmı?

Dekabrın 1-də Suriyanın paytaxt Dəməşqdən 185 km aralıda yerləşən Homs şəhərində lokal barışıq sazişinin qüvvəyə minməsi gözlənilir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Homs vilayətinin qubernatoru Təlal Bərazi bildirib.

 

Onun sözlərinə görə, saziş şəhər ətrafındakı Əl-Vayer yaşayış məntəqəsindən 3 min silahlının çıxarılmasını nəzərdə tutur. Onlar 60 gün ərzində mərhələlərlə silahlı qruplaşmaların nəzarəti altında olan Xama və İdlibə göndəriləcəklər.

 

“Razılaşma həyata keçirilsə, Homs tamamilə silahlı qruplaşmalardan azad olacaq. Xatırladım ki, bundan əvvəl "Cəbhət ən-Nüsra" ekstremist təşkilatının təxribatları nəticəsində danışıqlar bur neçə dəfə pozulub”, deyə Təlal Bərazi vurğulayıb.

 

Qeyd olunur ki, lokal barışıq haqqında yeni razılaşma BMT-nin Dəməşqdəki nümayəndəliyi və müxalifət fəallarının vasitəçiliyi ilə əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar