Hollivuda ən çox qazanc gətirən aktrisa
27 dekabr 2014 04:36 (UTC +04:00)

Hollivuda ən çox qazanc gətirən aktrisa

0

ABŞ-ın Forbes jurnalı cümə günü il ərzində Hollivud kinostudiyalarına ən çox qazanc gətirən aktyor və aktrisaların siyahısını dərc edib.

 

Lent.az-ın AzərTAca istinadən məlumatına görə, reytinqdə birinci yeri 24 yaşlı aktrisa Cennifer Lourens tutur. Onun iştirakı ilə çəkilən filmlər başa çatmaqda olan ildə dünya prokatında 1,4 milyard dollar toplayıb.

 

Forbes-in bundan əvvəl tərtib etdiyi siyahıda Lourens Hollivudun ən çox qazanan aktrisaları arasında ikinci sırada yer alıb. Nəşrin məlumatına görə, o, 2013-cü ilin iyunundan 2014-cü ilin iyununadək 34 milyon dollar qazanıb. Bu reytinqdə liderlik həmin müddətdə qazancı 51 milyon dollar olan Sandra Bulloka məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar