Hindistanın Çhattisqarh əyalətinin Bhilai şəhərindəki ən iri poladəritmə zavodunda partlayış baş verib. Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
Yerli telekanal bildirib ki, partlayış zəhərli qaz sızmasından baş verib. Xəsarət alanların 11 intensiv terapiya şöbəsinə yerləşdirilib.
Məlumata əsasən, qaz sızmasının qarşısı artıq alınıb.