Hindistanda silahlı toqquşma: 8 ölü
23 fevral 2016 04:32 (UTC +04:00)

Hindistanda silahlı toqquşma: 8 ölü

0

Hindistanın Cammu və Kəşmir ştatında baş verən silahlı insident nəticəsində 5 hərbçi ölüb, 3 silahlı məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 20-də naməlum silahlılar Srinaqare şəhəri yaxınlığında hərbi konvoya hücum ediblər.

 

Silahlı qarşıdurma nəticəsində Hindistan Silahlı Qüvvələrinin 5 hərbçisi ölüb, 10-u yaralanıb. Döyüşdən sonra silahlılar  şəhərdə yerləşən təhsil müəssisəndə gizləniblər. Binanı mühasirəyə alan təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma fasilələrlə iki sutka davam edib. Fevralın 22-də Cammu və Kəşmir ştatının rəsmiləri binada gizlənən 3 silahlının məhv edildiyini bildirib.

 

İlkin məlumata əsasən, hücumu Pakistanda fəaliyyət göstərən  “Laşkar-e-Tayba” terrorçu qruplaşması təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar