Hindistanın Madxya-Pradeş ştatında sərnişin avtobusunun 30 m dərinliyi olan dərəyə düşməsi nəticəsində 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
APA-nın TASS-a istinadən verilən məlumata görə, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir. Hadisə yerində xilasedici əməliyyat davam edir. Qeyd edək ki, Hindistan yol-nəqliyyat hadisələrində ölüm hallarına görə dünyada birinci yer tutur.