Hindistanda müsəlmanlar kütləvi şəkildə qətlə yetirilib
04 may 2014 11:39 (UTC +04:00)

Hindistanda müsəlmanlar kütləvi şəkildə qətlə yetirilib

Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb. 
 
Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib. 
 
Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır. 
 
Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Oxşar yazılar