Hindistanda istidən ölənlərin sayı 335-ə çatdı
24 may 2015 15:39 (UTC +04:00)

Hindistanda istidən ölənlərin sayı 335-ə çatdı

Son bir neçə gündə Hindistanda müşahidə olunan anomal istilər nəticəsində 335 nəfər dünyasını dəyişib.

 

APA-nın “The Times of India” nəşrinə istinadən verdiyi məlumata görə, havanın temperaturu atmaqda davam edir.

 

Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də - gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb.  Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.  

 

Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə.  

 

Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar