Hindistanın Assam ştatında ildırım zərbəsi nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 21 nəfər isə yanıq xəsarətləri alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident insanların qayıqla Beki çayında hərəkəti zamanı baş verib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.