Hindistanın Madhya Pradeş əyalətində iki sərnişin qatarı relsdən çıxaraq aşıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Harda kəndi yaxınlığında Maçak gölü üzərindəki körpüdən hərəkət edən “Kamayanı Express” markalı qatar aşıb. Bir neçə dəqiqə sonra isə qarşıdan gələn “Janata Express” markalı digər qatar da eyni körpünün üzərində relsdən çıxıb. Qəza zamanı ümumilikdə 24 nəfərin öldüyü, 25 nəfərin yaralandığı deyilir.
Dəmiryolları mərkəzindən verilən açıqlamaya görə, qəzaya yağışlar sonrası relslərin palçığa batması səbəb olub.