Hindistanda gənc yalana görə “Facebook”dakı rəfiqəsini güllələyib
23 aprel 2014 07:45 (UTC +04:00)

Hindistanda gənc yalana görə “Facebook”dakı rəfiqəsini güllələyib

Hindistanda gənc oğlan ərli, üç uşaq anasını güllələyərək, öldürüb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb qadının öz sosial statusunu və yaşını gənc oğlandan gizlətməsi olub.

 

 

Mənbə bildirib ki, Cabalpurun 22 yaşlı sakini 44 yaşlı qadınla sosial şəbəkədə üç il ünsiyyət saxlayıb. Onlar bu müddət ərzində biri-birinə fotolarını belə göstərməyib. İlk görüşdə məlum olub ki, qadın 21 yaşda deyil və 3 uşağı var.

 

Öz virtual dostunu öldürdükdən sonra gənc oğlan özünü də güllələyib.

 

Polis bildirib ki, gənc oğlan işsiz, o biri isə sıxıntı keçirən evdar qadın olub.

 

Əri və uşaqları qadının gənc dostunun olmasından xəbərsiz imiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar