Hindistanda 32 müsəlmanın qətlə yetirildiyi bölgəyə ordu yeridilib
04 may 2014 04:28 (UTC +04:00)

Hindistanda 32 müsəlmanın qətlə yetirildiyi bölgəyə ordu yeridilib

Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib.

 

Lent.az-ın “Assoşieyted press”-ə istinadən məlumatına görə, buna səbəb bölgədə  32 müsəlman sakinin qətlə yetirilməsi göstərilib.

 

Polis 20-dən çox şübhəlini saxlayıb.

 

Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qanunsuz olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə ittiham edərək, kütləvi halda güllələyib.

 

Mənbə bildirib ki, ştatda komendant saatı tətbiq edilib. Yerli hüquq –mühafizə orqanının təmsilçisinin sözlərinə görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i uşaqdır.

 

Məlumata əsasən, son 30 ildə Assamda 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar