Hindistan prezidenti İsveç şahzadəsi ilə qəzaya düşdü: 6 yaralı
02 iyun 2015 23:46 (UTC +04:00)

Hindistan prezidenti İsveç şahzadəsi ilə qəzaya düşdü: 6 yaralı

0

Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat  qəzasına uğrayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuatın məlumatına əsasən, insident bu gün axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.  

 

Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri – şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.

 

Xəsarət alan şəxslərin kimliyi açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar