Hindistan-Pakistan sərhədində növbəti toqquşma: ölənlər var
03 yanvar 2015 06:34 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində növbəti toqquşma: ölənlər var

0

Hindistanın Cammu və Kəşmir ştatındakı nəzarət zolağında hindistanlı hərbçilərlə  atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.  

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Dekabrın 30-dan 31-nə keçən gecə tərəflər arasında baş vermiş atışma nəticəsində 1 hindistanlı və 4 pakistanlı hərbçi həlak olub.   

 

Tərəflər ara-sıra baş verən insidentlərdə bir-birini günahlandırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar