Hindistan-Pakistan sərhədində atışma: ölən və yaralananlar var
15 avqust 2015 21:35 (UTC +04:00)

Hindistan-Pakistan sərhədində atışma: ölən və yaralananlar var

0

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində azı 4 hərbçi həlak olub, 23 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Cammu və Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

 

İnsident nəticəsində Hindistan ərazisində 3 dinc sakin ölüb, 20 nəfər yaralanıb. Pakistan tərəfi 1 mülki şəxsin öldüyünü, 3 nəfərin xəsarət aldığını bildirir.

 

Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

 

Qeyd edək ki, Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar