Hillari Klintondan Putinə sərt ittiham
06 mart 2014 03:47 (UTC +04:00)

Hillari Klintondan Putinə sərt ittiham

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiyanın Ukraynaya qarşı münasibətini İkinci dünya savaşı ərəfəsində faşist Almaniyasının fəaliyyəti ilə müqayisə edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «Long Beach Press Telegram» qəzeti yazıb. Mənbə bildirib ki, qəzetin müxbiri «Boys and Girls Club» gənclər klubu üçün təşkil olunan qapalı xeyriyyə tədbirində iştirak edib.

 

Klintonun qənaətincə, Krım yarımadasının sakinlərinə Rusiya pasportunu vermək niyyəti 30-cu illərdə Adolf Hitlerin «minlərlə etnik almanın yerini dəyişməsi»ni xatırladır: «30-cu illərin sonunda Adolf Hitler işğaldan öncə belə edərdi».

 

Tədbir iştirakçılarının sözlərinə görə, Klinton deyib: «Putin inanır ki,  Rusiyanın keçmişdəki böyüklüyünə qaytarılması onun vəzifəsidir. Bununla da keçmiş Sovet İttifaqına daxil olan ölkələr üzərində nəzarəti bərpa etmək istəyir».

 

Ukraynada baş verən son olaylardan sonra bu Hillari Klintonun ilk açıq şərhidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar