Həştərxan prokuroru özünü güllələdi
23 avqust 2015 03:31 (UTC +04:00)

Həştərxan prokuroru özünü güllələdi

0

Rusiyanın Həştərxan vilayətinin prokuroru Oleq Dupak mənzilində ölü aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Oleq Dupak aldığı güllə yarasından ölüb. İlkin versiyaya görə, Həştərxan  prokuroru intihar edib.

 

Məlumata görə, prokurorun cəsədi onun yoldaşı tərəfindən aşkarlanıb. Onun mükafatlandırıldığı “Makarov” tipli tapançadan özünə atəş açdığı bildirilir.   

 

Hadisə yerində əməliyyat qrupu çalışır, intiharın səbəbləri açıqlanmır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar