Qərbin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazda yol verdiyi strateji səhvlər bu bölgələri terrorçuların və ekstremistlərin sığınacağına çevirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sessiyasında bildirib.
Onun sözlərinə görə, “Əfqanıstan və İraqa qarşı hərbi işğal, həmçinin, Suriyadakı hadisələrə səhv müdaxilə - bunlar Yaxın Şərqdə səhv strateji yanaşmanın bariz nümunələridir”.