Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, “Happy” mahnısına rəqs edən 6 gənc azad edilib.
***
00.04
İran prezidenti Həsən Ruhani həbs olunan Farrell Uilyamsın “Happy” mahnısına video-çarx hazırlamış həbs olunan bir qrup gənci müdafiə edib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, o, “tvitter” səhifəsində yazıb: “Xoşbəxt olmaq bizim xalqın da haqqıdır. Biz xoşbəxtliyə çağırış edənlərə qarşı çox sərt olmamalıyıq”.
Xatırladaq ki, “Happy we are from Tehran” (“Tehranda yaşamaq xoşdur”) video-çarxında qərb üslubunda geyinən üç gənc oğlan və hicabsız üç qız Tehran küçələrində və damın üstündə rəqs edib.
Tehran hüquq mühafizə qüvvələrinin komandanı Hüseyn Sacediniya mayın 20-də dövlət televiziyasına müsahibəsində amerikalı müğənni və repçi Farel Uilyamsın bu “Happy” (“Xoşbəxt”) mahnısı əsasında hazırlanmış rəqs klipinə çəkilən gəncləri tutduqlarını bildirib.
O, deyib: “Tutulanlar aldandıqlarını, onlardan aktyorluq testi alınacağı barədə vədlər verildiyini etiraf ediblər”.
Hüseyn Sacediniya tutulan oğlan və qızların kimliyi haqda açıqlama verməyib.
Mayın 21-də bu video-çarx 246 mindən çox istifadəçi izləyib.