Hərbi təlimdə 4 BTR batdı, 4 əsgər öldü
18 sentyabr 2015 23:15 (UTC +04:00)

Hərbi təlimdə 4 BTR batdı, 4 əsgər öldü

Aktau şəhərində “Mərkəz-2015” hərbi təlimlərin keçirildiyi zaman Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb, 4 əsgər ölüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Müdafiə nazirliyinin məlumatında bildirilir.

 

“Sentyabrın 18-də, “Mərkəz-2015” hərbi təlimlərinin ikinci mərhələsində dənizə altı BTR-80 və 52 hərbi qulluqçu çıxıb. Güclü külək və hündür dalğalar nəticəsində BTR-lərdən 4-ü dənizdə  batıb”, məlumatında deyilir.

 

Qazaxıstanın Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qrup yaradıb, insidentin başvermə səbəbləri və təfərrüatlarının müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar