Hərbi hospitalın rəisi rüşvətə görə saxlanıldı
29 avqust 2015 22:33 (UTC +04:00)

Hərbi hospitalın rəisi rüşvətə görə saxlanıldı

0

Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları Gürcüstanın Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalının rəisi David Qvinaşvilini rüşvət alma faktı ilə saxlayıb.

 

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxs tenderə əsasən dövlət satınalmaları prosesinin həyata keçirilməsi zamanı iş müəssisəsindən 6 000 lari rüşvət tələb edib və rüşvətin bir hissəsi olan 2 000 lari alarkən istintaq xidməti əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisə ilə əlaqədar Gürcüstan CM-nın 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır və saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar