Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar Koreya Respublikası bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb. Lent.az-ın TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə ölkənin silahlı qüvvələrinin birləşmiş qərargahından bildirilib.
“Van Qok” esminesindəki müvəqqəti diplomatik missiya Koreyanın Yəməndə qalan 23 vətəndaşının təhlükəsizliyinə kömək göstərmək üçün yaradılıb” deyə qərargahdan bildirilib.
Göyərtəsində xüsusi təyinatlıların olduğu esmines Somali sahillərində dəniz quldurları ilə mübarizədə iştirak edir. İki diplomatın fəaliyyət göstərməsi üçün gəmidə otaqlar və rabitə aparatı ayrılıb.