Burundinin paytaxtında üç hərbi bazaya törədilən silahlı hücumlar nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 8 nəfəri zabitdir, daha 20 hərbçi yaralanıb.
Rəsmi qurumların məlumatına görə, 45 nəfər həbs edilib.
Qeyd edək ki, Burundi prezidenti Pyer Nkurunziz üçüncü dəfə namizədliyini irəli sürdükdən sonra ölkədə iğtişaşlar başlayıb.