HƏMAS hərəkatı Qəzza zolağında Yeni ili açıq şəkildə bayram etməyə qadağa qoyub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
“Heç bir restoran, otel yaxud digər idarə DİN və polis departamentindən Yeni il tədbirlərini keçirməyə icazə almayıblar”, - polislərdən biri bəyan edib.
Onun sözlərinə görə, Yeni ilin bayram edilməsi islam adətləri, ənənələri, dəyərləri və qanunlarına ziddir.