“Bəzi ərəb ölkələri bizi çətin vəziyyətdə tək qoydu, amma biz onları bağışlamışıq”. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Livanın cənubundakı Sayda şəhərində İsraillə əldə olunmuş atəşkəs münasibətilə təşkil olunmuş mərasimdə HƏMAS lideri Xalid Məşal səsləndirib.
Mərasimə internet vasitəsilə qoşulan Xalid Məşal İordan çayının qərb sahili, Qüds və bütün Fələstin torpaqları işğaldan azad olunana qədər mübarizə aparacaqlarını bildirib.
Xalid Məşal Fələstinə dəstək verdiyinə görə, Livana da təşəkkür edib.