Helikopter yerə çırpıdı: 9 hərbçi öldü
07 avqust 2015 01:41 (UTC +04:00)

Helikopter yerə çırpıdı: 9 hərbçi öldü

0

Pakistanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində, ümumilikdə, 12 nəfər olub, qalan üç şəxs barədə heç bir məlumat verilmir.  

 

Məlumata görə, hərbi həkimlərini daşıyan “Mi-17” tipli helikopter Hayber-Paxtunxva əyalətində dağlıq ərazidə yerə çırpılıb.

 

Ordu nümayəndəsinin sözlərinə görə, qəzaya səbəb texniki nasazlıq olub.

 

Qeyd edək ki, mayda Pakistanın şimalında  helikopterin qəzaya uğraması nəticəsində Filippin və Norveç səfirləri də daxil olmaqla 7 nəfər həlak olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar