APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen bildirib.
Ümumilikdə bu günə qədər 1900 nəfər Ebola virusunun qurbanı olub. Qvineya, Syerra-Leone və Liberiyada isə 3 500 nəfər təhlükəli virusa yoluxub.
Avqustun 8-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyətli təhlükə elan edib.