Həccdəki faciədə ölən İran vətəndaşlarının sayı açıqlanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İranın Həcc ziyarəti Təşkilatının rəhbəri Səid Evhədi dünənki izdihamda 131 iranlı zəvvarın öldüyünü təsdiqləyib.
131 nəfərdən 125-in şəxsiyyəti artıq müəyyənləşib, 6 nəfərin şəxsiyyəti isə məlum deyil.
İran daxili işlər naziri səudiyyəli həmkarına yazdığı məktubda hadisənin səbəblərinin araşdırılmasını və belə hadisənin bir də yaşanmaması üçün təcili tədbirlər görülməsini tələb edib.
O cümlədən, İran hökuməti Səudiyyə Ərəbistandan ölən İran vətəndaşlarının haqlarını tələb edəcək.