Braziliyanın Serjipi ştatındakı həbsxanada məhbuslar qiyam qaldırıb. Lent.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, qiyamçılar 122 nəfəri girov götürüblər. Həbsxana rəhbərliyi bildirib ki, girov götürülmüş şəxslərin əksəriyyəti ziyarətçilər, yəni elə məhbusların yaxınları və qohumlarıdır. Girovlar arasında mühafizəçilər də var.
Hüquq mühafizə orqanları üsyançılarla danışıqları davam etdirir. Girovların həyatına hələlik təhlükənin olmadığı bildirilir.