Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) noyabrın 1-də ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edib.
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, seçkilərdə 10 faizlik səddi keçərək parlamentdə təmsilçilik hüquq əldə edən partiya məsələ ilə bağlı məhkəməyə müraciət edib.