HAMAS liderinin həyat yoldaşı və körpəsi bombardman nəticəsində ölüb
20 avqust 2014 19:09 (UTC +04:00)

HAMAS liderinin həyat yoldaşı və körpəsi bombardman nəticəsində ölüb

 İsrailin Qəzza zolağına atdığı raketlərdən biri HAMAS-ın silahlı qanadının lideri Muhammed Deyfin həyat yoldaşı və 7 aylıq körpə övladı da daxil olmaqla, 11 nəfərin həyatına son qoyub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, HAMAS-ın Qahirə təmsilçiliyi əsl hədəfin M. Deyf olduğunu bildirib.

 

İsrail hərbçiləri qeyd ediblər ki, son 2 gündə Qəzzadakı terror şəbəkələrinə döyüş təyyarələri tərəfindən 80 zərbə endirilib. Eyni zamanda Qəzza tərəfdən İsrail ərazilərinə 100-ə yaxın raketin atıldığı deyilir.

 

HAMAS nümayəndələri deyiblər ki, M. Deyf hədəf alınan evdən istifadə etmirdi və orada ailəsi yaşayırdı. Hazırda M. Deyfin harda olması barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar