Hakimlərə fahişələr təşkil edən iş adamı tutuldu
24 iyul 2014 15:20 (UTC +04:00)

Hakimlərə fahişələr təşkil edən iş adamı tutuldu

0

Sinqapurlu iş adamı Erik Dinq Si Yanq həbs edilib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, səbəb onun oyunları idarə edən hakimlərə fahişələr təşkil etməklə oyun alqı-satqısında iştirakı olub.  


Dinq Si Yanq növbəti 3 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

 

Qeyd edək ki, 32 yaşlı biznesmen 2013-cü ilin aprelində Asiya Futbol Konfederasiyası (AFC) Kubokunun "Tampins Rovers" - "İst Benqal" matçının nəticəsinə əvvəlcədən müdaxilə etdiyi üçün həbs olunub. Bundan başqa hakimlər - Ali Sabbaq 6 ay, Ali Eyd və Abdallah Taleb isə 3 ay müddətinə azadlıqdan məhrum edilib. FİFA və AFC günahlarını etiraf edən Sabbaqı ömürlük hakimlikdən uzaqlaşdırıb və stadionlara girişini qadağan edib. Digər köməkçi hakimləri isə 10 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1923

Oxşar yazılar