Hakimiyyətdən “İran qadınlarının gizli azadlıqları”na qarşı etiraz
18 may 2014 01:21 (UTC +04:00)

Hakimiyyətdən “İran qadınlarının gizli azadlıqları”na qarşı etiraz

 Tehranın cümə namazının imam cüməsi ayətullah Kazım Səduqi xütbəsinin İranda hicabsızlığın geniş vüsət almasına həsr edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Səduqi xaricdə yaşayan jurnalist Məsih Əlinejadın təşəbbüsü ilə “Facebook” şəbəkəsi vasitəsilə başlanan “İran qadınlarının gizli azadlıqları” kampaniyasının adını çəkmədən deyib ki, rəsmilər ayıq olmalı, ölkədə genişlənməkdə olan hicabsızlığın qarşısını almalıdır: “Hazırda şəhərin bəzi məhəllələrində yaylıqlar başdan götürülür və tam hicabsızlıq müşahidə olunur. Hicab əleyhinə bu kimi hərəkətlərə rəvac verilməsi peyk antenaları və internet şəbəkələri vasitəsilə evlərə yol tapır.

 

Biz müsəlmanıq və islamla bağlı üzərimizə öhdəlik götürmüşük. Elə buna görə də gənclərimizin, o sıradan da qızlarımızın yardımına çatmalı, onların günaha batıb ilahi əzaba düçar olmasının qarşısını almalıyıq”.

 

Lent.az-ın “euronyus”-a istinadən məlumatına görə, “İran qadınlarının gizli azadlıqları” kampaniyası iki həftə əvvəl başlayıb. “Facebook” səhifəsində bu kampaniyanı 150 mindən çox adam bəyənib. İran qadınları yaşadığı şəhər və yerdən asılı olmayaraq bir neçə dəqiqəlik olsa da yaylığı başdan götürür, hicabsız çəkdirdikləri şəkilləri “Facebook” səhifələrində paylaşır, bununla da ölkədə hicabla bağlı məcburiyyətə etirazlarını bildirirlər.

 

Xatırladaq ki,  ötən gün Tehranda hicabı müdafiə aksiyası keçirilib. Yürüş iştirakçıları bildirib ki, gənclik “sayıq olmalıdır”. Onlar ictimai yerlərdə «hicabın məcburi olaraq,  yerinə yetirilməsini» tələb edib.

 

Aksiyaçılar bu ictimai problemin yaranmasında qərbi suçlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1256
avatar

Oxşar yazılar