Hakim: “Berezovskinin ölüm səbəbini yekunlaşdırmaq mümkünsüzdür”
28 mart 2014 04:16 (UTC +04:00)

Hakim: “Berezovskinin ölüm səbəbini yekunlaşdırmaq mümkünsüzdür”

Rusiyalı iş adamı Boris Berezovskinin ölümü ilə bağlı London yaxınlığında 2 günlük məhkəmə dinləməsi olub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hakim Piter Bedford elan edib ki, bu ölümün səbəbini yekunlaşdırmaq mümkünsüzdür.

 

Xatırladaq ki, Rusiyanın keçmiş oliqarxının cəsədi bir il öncə mənzilindəki hamamda asılmış vəziyyət aşkarlanmışdı.

 

67 yaşlı iş adamının ölümünü müəyyənləşdirmək üçün toksikoloji ekspertiza keçirilib.

 

İkigünlük məhkəmə dinləməsinin nəticələri Berezovski ailə üzvlərinə, eləcə də onun yaxın ətrafına təqdim edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar