Hakerlər Rusiya banklarından 300 mln dollar oğurladı
15 fevral 2015 07:38 (UTC +04:00)

Hakerlər Rusiya banklarından 300 mln dollar oğurladı

Rusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından biri olan "Kasperski Laboratoriyası" şirkəti hakerlərin əksəriyyətinin Rusiya ərazisində yerləşən banklardan 300 mln dollar oğurladığını elan edib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  The New York Times nəşri yazıb.

 

"Kasperski Laboratoriyası"nın mütəxəssisləri qeyd olunan məbləğin daha çox olduğunu istisna etmir.  Şirkətin Şimali Amerika bölməsinin rəhbəri Kris Doqqet qeyd edib ki, fırıldaqçılar əməllərinin gizlədilməsi üçün təkmilləşdirilmiş vasitə taktikalardan istifadə etdikləri üçün qanunsuz fəaliyyətlərini  2 il davam etdirə biliblər.

 

Nəşrin məlumatına görə, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən olan hakerlər  ziyanverici proqram təminatını 30 ölkənin ərazisində yerləşən bankların kompüter sisteminə yeridə bilib. Beləliklə kiber fırıldaqçılar maliyyə qurumlarının insayder məlumat bazasına yol taparaq böyük məbləğdə pul vəsaitlərini köçürməyə müvəffəq olublar.    

 

Bununla bağlı  "Kasperski Laboratoriyası" şirkəti fevralın 16-da ətraflı hesabat dərc edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar