Gürcüstanın keçmiş baş naziri İvanişvili teleaparıcı olacaq
08 iyul 2014 07:46 (UTC +04:00)

Gürcüstanın keçmiş baş naziri İvanişvili teleaparıcı olacaq

0

Milyader, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili “GDS” telekanalındakı tok-şounun müəllifi və aparıcısı olacaq.

 

Lent.az-ın “Novosti-Qruziya”-ya istinadən məlumatına görə, bu haqda “Feysbuk” səhifəsində rəsmi bəyanat yerləşdirilib: “Biz Bidzina İvanişvilinin tok-şounun müəllifi və aparıcılarından biri olacağını təsdiqləyirik. Biz onu da təsdiqləyirik ki, hazırda ideya və layihə üzərində tamamlama işləri görülür”.

 

“GDS” telekanalı əyləncəli, musiqili və tanıdıcı verilişlər yayımlayar.

 

Bu telekanalın sərmayələrinin hamısı keçmiş baş nazirini oğlu Bera İvanişviliyə məxsusdur.

 

“GDS” kabel və peyk vasitəsi ilə yayımlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1306

Oxşar yazılar